0
Friday 21 July 2017 - 14:30

Məhkəmədə hakimə ayaqqabı atdılar - Nardaran işi

Story Code : 654909
Məhkəmədə hakimə ayaqqabı atdılar - Nardaran işi
İyulun 20-də Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər hakimlərdən Əflatun Qasımova yazılı etiraz veriblər. Ötən iclasda Ə. Qasımov təqsirləndirilən şəxslərdən birinin çıxışına müdaxilə etmişdi və təqsirləndirilən şəxslər tərəfindən narazılıqla qarşılanmışdı. Məhkəmə etirazı qəbul etməyib.

İclasda təqsirləndirilən şəxslərin vəkilləri Fariz Namazlı, Cavad Cavadov çıxış edərək, müdafiə etdikləri şəxslərin barələrində olan hökmün əsassız olduğunu deyiblər. Bildiriblər ki, təqsirləndirilən şəxslər heç bir cinayət törətməyib.

Daha sonra təqsirləndirilən şəxslər Aqil İsmayılov, Cahad Babakişizadə çıxış ediblər. Onlar hakimiyyəti tənqid edən fikirlər səsləndiriblər. Bu zaman hakim onların sözünü kəsib. Bu digər təqsirləndirilənlərin etirazına səbəb olub.

Təqsirləndirilən şəxslərdən Fuad Qəhrəmanlı hakimə "Niyə sözümüzü kəsirsiniz? Bilirəm, kürsünüzə görə qorxursunuz, amma qorxmayın, siz demirsiniz ki, biz danışırıq. Bu adamları dövlət çevrilişində ittiham edirlər. Dövlət çevrilişində ittiham olunan adam kartofdan danışmalı deyil ki" - deyib. Bundan sonra hakim fasilə elan edib.

Fasilədən sonra hakim çıxış üçün prokuror Ceyhun Budaqova söz verib. Bu isə təqsirləndirilən şəxslərin narazılığına səbəb olub. Təqsirləndirilən şəxslər ayaqqabılarını və əllərindəki su butulkalarını hakimlərə atıblar. Hakimlər və prokuror zalı yarımçıq tərk ediblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmü çxıarılmasını istəyiblər.
Source : Nur.az.com
Comment