0
Wednesday 20 April 2011 - 15:02

Liviya müharibəsində 20 azyaşlı həlak olub

Story Code : 66678
Liviya müharibəsində 20 azyaşlı həlak olub
Liviya müharibəsində 20 azyaşlı həlak olub
"IslamTimes" "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, "UNICEF" Liviyaya raket zərbələri endirilməsi nəticəsində 20 uşağın həlak olduğunu açıqlayıb. Yaralanmış uşaqların sayı isə ölənlərdən qat-qat çoxdur. 

UNICEF həmçinin bəyanatda əlavə edib ki, həlak olmuş uşaqların sayı 20 nəfərdən çox olduğu ehtimal edilir. Lakin 20 azyaşlının həlak olması bir neçə mənbə tərəfindən təsdiqlənib. Liviya müharibəsində bundan sonra da bir çox körpənin həlak olacağı gözlənilir. 

Amma maraqlıdır ki, Qərb koalisiya qüvvələri bütün bu cinayətlər qarşısında ara-sıra hava hücumları ilə kifayətlənir. Bəzi vaxtlar bu hücumlar Qəzzafi ordusu əvəzinə dinc sakinləri hədəfə almaqla nəticələnir.
Related Stories
Comment