0
Wednesday 25 July 2018 - 15:16

İran Azərbaycandan Qətərə gedən hər yük maşınından alınan 600 dollar rüsumu ləğv etdi

Story Code : 740161
İran Azərbaycandan Qətərə gedən hər yük maşınından alınan 600 dollar rüsumu ləğv etdi
İran Azərbaycandan Qətərə gedən hər yük maşınından alınan 600 dollar rüsumu ləğv etdi
Modern.az-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yük daşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.
 
İ.Əliyev bildirib ki, Azərbaycan Qətər Dövlətinə əsasən kənd təsərrüfatı məhsulları ixrac edir: "Bu yük daşımaları isə əsasən İran üzərindən həyata keçirilir.
 
O əlavə edib ki, bundan əvvəl Qətərə yük daşımaları ilə bağlı bir yük avtomobili üçün İran tərəfi 600 dollar məbləğində rüsum alırdı və bu da yükdaşıyıcılar üçün məqbul deyildi:
 
"İran və Azərbaycan arasında bu sahə üzrə komissiyanın son iclasında həmin rüsumun ləğv olunması barədə qərar qəbul edildi".
 
Source : Modern
Tagged
Iran
Comment