İstintaq materiallarına görə, 1984-cü ildə Donald Edvard Biti adlı cinayətkar, qəzet satan azyaşlı qızı qaçırıb, ona təcavüz edib, daha sonra isə qətlə yetirib. Cinayətkar iki il ərzində qızın meyitini evində saxlayıb, daha sonra isə onu zibilliyə atıb. Amerikalı cinayətkar Arizona həbsxanalarından birində ölümcül iynənin vurulması ilə edam edilib. Qeyd edək ki, Donald Edvard 2011-ci il ərzində Arizona ştatında edam olunan artıq ikinci şəxsdir. Bu il ərzində ABŞ-da edam edilənlərin ümumi sayı isə 19 nəfərə çatıb. /Deyerler/