Sionist rejim müxalifətinin başçısı hazırkı baş nazirin yarıtmaz əməllər səbəbindən işdən kənarlaşdırılmasını zəruri sayıb. Sabiq xarici işlər naziri Tsipi Livni bir televiziya müsahibəsində baş nazir Benyamin Netanyahunun yarıtmaz fəaliyyətlərindən söz açaraq deyib ki, Bibi getməlidir! Tsipi Livni Fələstin Muxtariyyatının rəisi Mahmud Abbası İsraillə həmkarlığı davam etdirməyə çağırıb.
Rusiyanın İl-20 təyyarəsinin vurulmasına görə İsraili ittiham etməsi də Livninin söhbətlərində yer alıb. Müxalifət lideri bildirib ki, İsrail İranın Suriyada hökmranlığına son qoymaq üçün vəzifəsinə əməl edir.