0
Wednesday 26 September 2018 - 13:55

Ruhani: Birtərəfli sanksiya iqtisadi terrordur!

Story Code : 752233
Ruhani: Birtərəfli sanksiya iqtisadi terrordur!
İran prezidenti Həsən Ruhani çərşənbə axşamı günü BMT-nin 73-cü illik toplantısında deyib:
Əgər məqsəd, amal sülh olsa, dünya üçün İrandan yaxşı dost yoxdur...
BMT Amerikanın təşkilatlarından biri deyil, onun qərarları bəzi üzvlərin iradəsinə tabe olmamalıdır.
Bu xülyanı kənara qoymaq lazımdır ki, başqalarını təhlükəyə salmaqla özümüz üçün daha yüksək təhlükəsizlik yarada bilərik. Əmin-amanlığı pozmaqla ölkələrdən bac almaq zühniyyətindən imtina etmək lazımdır...
Amerikanın hazırki hökuməti beynəlxal normaları pozaraq Təhlükəsizlik Şurasının çoxtərəfli razılaşmasını ayaq altına alır və İran İslam Respublikasını ikitərəfli danışıqlara dəvət edir. Özünü təsdiqləməmiş özündən əvvəlki hökumətin öhdəçiliyini pozur. Biz öhdəçilikləri pozan bir dövlətlə yeni razılaşmaya gedə bilmərəik. Bütün razılaşmalar BMT TŞ-nin 2231 saylı qətnaməsinə əsaslanmalıdır...
Məmnunuq ki, beynəlxalq birlik Amerikanın Nüvə razılaşmasından birtərəfli və qeyri-qanuni şəkildə kənarlaşmasını qəbul etmədi və buna qarşı mövqe sərgilədi.  
 
Source : IslamTimes
Tagged
Iran
Comment