Tramp Suriyadan çıxandan sonra da kürdləri dəstəkləyəcək?
Story Code : 769551
Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ sentaoru Lindsi Qrahamın (Lindsey Graham) Suriya kürdləri ilə bağlı tvitinə etiraz edib. Qraham yazır ki, Trampın Suriyadan çıxmasını bir şərtlə qəbul etdik. O vəd etdi ki, Suriyadan çıxandan sonra da kürd müttəfiqlərimizi himayə edəcəyik. İbrahim Kalın PKK torrorçuları ilə ABŞ-ın müttəfiqliyini rüsvayçılıq adlandırıb. Türkiyə məhz PKK terror şəbəkəsini zərərsizləşdirmək üçün Suriyaya daxil olur. Belə bir vaxtda senatorun tviti Ankaranı qəzəbləndirib.