0
Tuesday 12 February 2019 - 18:04

Hacı Zülfüqar Mikayılova işgəncə verirlər

Story Code : 777604
Hacı Zülfüqar Mikayılova işgəncə verirlər
Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarov çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs BMCMİ-də işgəncəyə məruz qalıb:
“Zülfüqar Mikayılova deyiblər ki, qeyd olunan ifadəni imzalamasan soyundurub lüt videonu çəkib, internetdə yayacağıq”.
Vəkilin sözlərinə görə, Z.Mikayılovun evində axtarış aparmağa gələn polis əməkdaşlarının video görüntüləri var:
“Həmin videoda görünür ki, polislər qara torbalarda evə nəsə daşıyırlar. Buradan aydındır ki, onlar axtarışdan əvvəl evə silah qoyub, sonra da onu çıxarıblar”.
Vəkil müdafiə etdiyi şəxsin cinayət təqibinə xitam verilməsini istəyib.
İclasda çıxış edən Zülfüqar Mikayılov isə bildirib ki, Azərbaycan xalqı müstəqillik uğrunda saysız şəhidlər verib:
“Biz istəmişik ölkəmiz, dövlətimiz müstəqil olsun, məhkəmə müstəqil olsun. Heç kim bizim ölkəyə nəyisə diktə etməsin. Bu gün məhkəmələrin müstəqil olmaması şəhidlərin qanına hörmətsizlikdir. Haqqı deməkdən başqa heç bir fəaliyyətim olmayıb. Bu qədər ittiham veriblər, lakin heç nə araşdırılmadı. Mən evimin qarşısında həbs olunmuşam. Həmin hadisənin görüntüləri də var. Mənə dedilər çıxaq evə. Biz evə çıxanda dedilər ki, pencəyi soyun. Pencəyi soyunanda gördüm arxa cibimdə tapança. Mən ömrümü "Quran" öyrənməyə sərf etmişəm ki, terrorçu olum? Desələr də, buna heç kim inanmaz. Mənim fəaliyyətim göz qabağında olub. Hər zaman dövlətin yanında olmuşam”
Related Stories
Comment