İraq mətbuatı ölkənin baş naziri Adil Əbdülmehdinin Tehrana gözlənilən səfəri barədə xəbər yayıb. Səfər şənbə günü baş tutmalıdır. İraq baş nazirinin Fars Körfəzi ölkələrinə, o cümlədən Türkiyəyə də səfəri planlaşdırılıb. Adil Əbülmehdi şənbə günü Tehranda İran-İraq iqtisadi forumunda iştirak etməlidir. Bağdad-Tehran münasibətləri regionda mövcud duruma birbaşa təsirli olduğundan ekspertlərin diqqət mərkəzindədir.