0
Sunday 14 April 2019 - 11:24

İddia: ‘General Hafter Səud rejiminin on milyon dollar vədinə görə Tripoliyə hücum edib’

Story Code : 788560
İddia: ‘General Hafter Səud rejiminin on milyon dollar vədinə görə Tripoliyə hücum edib’
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Wall Street Journal (WSJ) qəzeti Liviyada BMT tərəfindən tanınan Milli Barışıq Hökumətinin nəzarətindəki Tripoli şəhərinə hücuma başlayan general Xəlifə Hafterin Səudiyyə rejimindən on milyonlarla dollarlıq yardım sözü aldığını yazıb.
 
WSJ-nin Səudiyyə rejimində mötəbər müşavirlərə əsaslandırdığı iddiasına görə, Səudiyyə rejimi Hafterə Tripoliyə başladılacaq hücumu maliyyələşdirməyə söz verib.
 
İddiaya görə, 4 apreldə ölkənin paytaxtı Tripoliyə qarşı hərbi əməliyyata başlamazdan əvvəl Hafter, xarici rəsmilərlə bir sıra görüşlər keçirib.
 
Qəzet sözügedən təklifin səudiyyəlilərlə keçirilən bir toplantıda verildiyini yazıb. General Hafterin Səudiyyə rejimi və Misir tərəfindən dəstəkləndiyi məlumdur.
Source : Maide
Tagged
liviya
Related Stories
Comment