0
Wednesday 1 May 2019 - 12:34

İranın baş qərargah rəisi: “ABŞ gəmiləri SEPAH-ın sorğularına cavab verir”

Story Code : 791656
İranın baş qərargah rəisi: “ABŞ gəmiləri SEPAH-ın sorğularına cavab verir”

Deyerler.org Mehrə istinadən xəbər verir ki, general-mayor Məhəmməd Baqiri açıqlamasında bunları deyib: “Əvvəllər də qeyd olunduğu kimi, başqa ölkələrin məhsulları və nefti bu boğazdan keçdiyi kimi, İran məhsulları və nefti də bu boğazdan keçməlidir. Əgər kimsə Hörmüz boğazının təhlükəsizliyini pozmağa cəhd etsə, mütləq İranın reaksiyası ilə qarşılaşacaq”.
 
Baqiri sözlərinin davamında isə bunları qeyd edib: “Əgər İran nefti bu boğazdan keçməyəcəksə, başqa heç bir tərəfin nefti də bu boğazdan keçə bilməz. ABŞ-ın terrorçu ordusuna aid döyüş gəmiləri də Hörmüz boğazını keçmək üçün SEPAH-ın sorğularına cavab verməyə məcburdur. Belə ki, indiyə qədər bu prosedurada hər hansı bir dəyişiklik baş vermədiyinə şahidik”.
 
Source : Deyerler
Tagged
Iran
Comment