Əsrin Sövdələşməsində yer almış bəndlərdən biri fələstinli qaçqınların vətənə qayıdış haqqının birdəfəlik ləğv olunması və onlara yeni sükunət yeri (vətən) verilməsidir. Hansı ki, Fələstin xalqı üçün qaçqınların vətənə qayıdışı prioritet məsələdir. Qayıdış haqqına göz yummaq Fələstinin mahiyyətinə göz yummaqdır. Bu baxımdan qayıdış haqqının ləğvi södələşmə qarşısında əsas maneələrdəndir. Qaçqınların qayıdış hüququ BMT qətnamələrində də təsbit olunmuşdur.