Ərəbistan rəsmisi Dəməşqdən icazəsiz Deyrəzzura gəlib
Story Code : 799545
Ərəbistanın Fars Körfəzi üzrə nazir-müşaviri Samir Əs-Səbhan Suriyanın Deyrəzzur məntəqəsinə səfər edib. Bu səfərdə o ərəb və kürd qəbilə başçıları ilə görüşüb. Onun özünü demokratik Suriya ordusu adlandıran silahlı qruplaşma üzvləri ilə də görüşü olub. Bu görüşə ABŞ diplomatları da qatılıb. Qanuni Bəşar Əsəd hökumətinə qarşı kömək vədləri aşkar şəkildə beynəlxalq hüquq normalarına ziddir. Səfər boyu görüşlərdə müzakirələr İŞİD-a qarşı mübarizə pərdəsi arxasında aparılıb.