0
Tuesday 18 June 2019 - 17:06

ABŞ-lı yüksək vəzifəli: Biz İranla müharibə istəmirik

Story Code : 800191
ABŞ-lı yüksək vəzifəli: Biz İranla müharibə istəmirik

İslamazeri.com-un “The Hill”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan edib ki, ölkəsi İranla müharibə başlatmaq istəmir.
Regiondakı gərginliklə bağlı danışan Pelosi bildirib ki, ABŞ İranla müharibə etmək arzusunda deyil.
“Biz İranla müharibə arzulamırıq və cavab reaksiyasına səbəb ola biləcək təxribatcıl şərait də yaratmaq istəmirik”, - deyə o qeyd edib.
O, Ağ Ev başçısı Donald Trampın müharibənin başladılması ilə bağlı motivasiyasını şübhə altına alaraq deyib: “İranlıların təhrik edilməsində onun əsasları nədir? Nəyə görə prezident nüvə sazişindən çıxdı? Prezident Obamanın nə müzakirə etməsindən asılı olmayaraq, Tramp hansı məntiqə söykənirdi? Bir çox mütəxəssislər, səfirlərdən tutmuş komandir və admirallaradək, nüvə sazişini dəstəklədilər”.
 
Source : Islamazeri
Tagged
Iran
Comment