General Dehqan İngiltərə və Amerikaya xəbərdarlıq etdi
Story Code : 806827
İnqilab Rəhbərinin hərbi sənaye və təchizat üzrə müşaviri general Hüseyn Dehqan İngiltərənin Hörmüz boğazına nəzarət üçün Avropa hərbi dəniz qüvvələri yaratmaq təklifinə münasibət bildirib. Əlcəzirənin suallarını cavablandıran Dehqan deyib: Hörmüz boğazında vəziyyətin istənilən bir şəkildə dəyişməsi təhlükəli hərbi qarşıdurmaya səbəb ola bilər. Hörmüz boğazında təhlükəsizliyin təmini Sepahın öhdəsinədir və başqa seçim yoxdur. Amerikaya xəbərdarlıq edirəm ki, Əbu-Zəbi İranın təhlükəsizliyinə qarşı mərkəzə çevrilib…