Reuters: Ərəbistan ilin sonunadək Yəmən müharibəsini dayandıracaq
Story Code : 806942
Reuters bildirir ki, Ərəbistan 2019-cu ilin sonuna qədər Yəmən müharibəsini tamamlamağı planlaşdırır. 4 ildən uzun sürən müharibə ABŞ-ın ərəb müttəfiqlərinin nüfuzuna böyük zərbə oldu. Əmirlik öz hərbçilərini Yəməndən çıxarmağa başladığı gündən Ərəbistan atəşkəs bəyanatları verir. Əl-Hudəydə şəhərində BMT-nin nəzarəti altında əldə olunmuş atəşkəs razılaşmasının miqyasını payızda genişləndirmək gözlənilir.