0
Sunday 11 August 2019 - 11:48

İran ordusunun radar sisteminin təqdimatı olub

Story Code : 810077
İran ordusunun radar sisteminin təqdimatı olub

İran İslam Respublikası ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Əlireza Səbahifərd bu gün Tehranda bu radar sisteminin təqdimat mərasimində deyib: 400 kilometrlik mənzilə malik olan "Fələq" zenit raket sistemi pilotsuz və stels təyyarələr, həmçinin ballistik və Kruz raket növlərini aşkar edə bilir.
General Səbahifərdin dediyinə görə, "Fələq" zenit raket sistemi modern, mərhələli serial antennasıdır. Onun xarici nümunəsi, ötən illərdə "Qamma" adı altında ölkəyə idxal edilib və sanksiyaya görə, texniki hissələrin olmaması və xarici qrupların təmir sahəsində aciz qalmaları üzündən, bu sistem ordunun hava hücumundan müdafiə qüvvələrinin gənc mütəxəssisləri tərəfindən bərpa və "Fələq" zenit raket sistemi kimi təqdim edilibdir.
 
Tagged
Iran fələq
Comment