1
Saturday 31 August 2019 - 08:18
Şəhid İbrahim Hadi

Salam olsun İbrahimə - 2

Story Code : 813648
Salam olsun İbrahimə - 2
Salam olsun İbrahimə - 2
Qarşınızdakı kitab rəşadətləri və alicənablığı ilə şəhadət məqamına layiq görülmüş qəhrəman bir şəhidin həyat hekayəsidir.

Yeniyetmə və gənclərimiz idman, incəsənət və digər sahələrdə dəyərsiz örnəklərdən nümunə götürür, addımbaşı bir çalanın olduğu, siçan geyimində bir canavarın pusqu qurduğu həyat yollarında çaşbaş qalırlar. Belə bir dövrdə ibrahimlərin həyatı zülmət gecəyə işıq tuta bilər. Çünki mövlamız belə buyurub: "Bu ulduzlarla yolu tapmaq mümkündür".
Vilayət məktəbinin yetirməsi olan İbrahimin özü ixlas, eşq və fədakarlıq müəllimi idi. O, Kövsər camından su içib çoxlu susuzlara saqi oldu. O, nəfsə qalib gəlməyi öyrəndi, amma Purya Vəlidən yox, mövlası Əlidən. O, qəhrəmanlığın portretini öz həyatı ilə təsvir edib yerində ikən bütün aləmi gəzməyin, azadlığın zirvəsində ikən qul olmağın - yalnız həzrəti Haqqa qul olmağın mümkünlüyünü göstərdi.
Bəziləri dənizin zahiri gözəlliyindən həzz alırlar, bəziləri suya girib daha çox bəhrələnirlər, bəziləri bununla da kifayətlənməyib dərinliklərə gedir, suyun altındakı daş-qayalar arasından sədəf və mirvari çıxarırlar.
Və hələ dənizin altında o qədər mirvarilər var ki, onlara heç bir dalğıc əli dəyməyib.
Allah-Taala hərdən bu ləl-cəvahiratın birini bizə göstərir və biz bu tükənməz dəryadan nələr bilmədiyimizi öyrənirik.
Biz nə etmişik və ya nə edəcəyik? Səma sakinlərinin qibtə etdiyi bu torpaq sakinlərini örnək seçmişikmi? Yoxsa Allah eləməmiş, Adəm nəslindən bir naxələfi, gözəl və qəhrəman görkəmə bürünüb başqa bir din və diyardan gələn, media dalğaları üzərində gənc və yeniyetmələrimizə hücum edən insanlarımı örnək seçmişik?
Bizim gənclərimiz pakdırlar, amma nəfs bütlərini qırmaq üçün onlara balta verəcək bir İbrahimə ehtiyacları var. Biz Şəhid İbrahim Hadini tanıtdırmaqla bu yolda bir addım atmaq istəyirik.
Uzun illər ötəndən sonra onun özü kimi adsız-sansız dostlarının xatirələrini toplamaq çox çətin olsa da, şirazlı şairin dediyi kimi, Leyliyə gedən təhlükəli yolların birinci şərti Məcnun olmaqdır.
Allahın lütfü sayəsində bu əziz şəhidin dostları və ailəsi ilə onlarla müsahibə baş tutdu. Artıq bu sakit arifin, güclü aşiqin, qayğıkeş müəllimin, müsəlman gəncin, qeyrətli, amma iddiasız qəhrəmanın, İmam Mehdinin (ə) həqiqi müntəzirinin qızıl kitabı hazırdır və siz əziz oxuculara təqdim olunur.
__________________________________________
"Salam olsun İbrahimə"kitabından🥀🥀🥀


@Shahadat_yolu
Tagged
şəhid
Comment