Sputnik xəbər verir ki, bu gün Türkiyəyə məxsus zirehli maşınlar keşik gəzintisi bəhanəsi ilə Suriya ərazisinə daxil olub. Əslində bu addım ABŞ-Türkiyə arasında razılaşma əsasında Suriyanın şimalında həyata keçirilən layihənin bir hissəsidir. Bu məqsədlə ötən gün Türkiyə müdafiə naziri sərhəd qoşunları ilə 2 saatlıq görüş keçirib. 8 sentyabrda Türkiyə dronları nəzərdə tutulan ərazidə kəşfiyyat uçuşu keçirib.