0
Wednesday 30 October 2019 - 13:01

Məhəmməd Əli Əl-Husi: “Netanyahunun iddiaları Yəmənə qarşı hücumların davam etdirilməsinə çağırışdır”

Story Code : 824683
Məhəmməd Əli Əl-Husi: “Netanyahunun iddiaları Yəmənə qarşı hücumların davam etdirilməsinə çağırışdır”

"Deyerler.org"un ru. Abna24–də istinadən verdiyi xəbərə görə, Yəmən Ali İnqilab Komitəsinin rəhbərinin sözlərinə görə, sionist rejiminin baş nazirinin Yəməndə İran raketlərinin olması ilə bağlı açıqlama verməsi Yəmənə qarşı hücumlarının davam etməsi üçün bir çağırışdır. Benyamin Netanyahunun bazar ertəsi (28 oktyabr) ABŞ-ın maliyyə naziri Stiven Mnuçinlə birgə iştirak etdiyi mətbuat konfransında bildirmişdir: "İran indi Yaxın Şərqdə istənilən hədəfə vura biləcək dəqiq idarəolunan raketlər hazırlamağa çalışır. İranlılar İsrail rejimini hədəfə almaq üçün artıq bu cür raketləri Yəməndə yerləşdirməyə başlayıb”.
 
Netanyahunun açıqlamalarına cavab olaraq, Yəmənin Ali İnqilab Komitəsinin başçısı demişdir: "Netanyahunun açıqlamaları, xüsusilə bunu ABŞ naziri yanında söyləməsi, Yəmən xalqına qarşı davamlı hücum çağırışlarından başqa bir şey deyil". Məhəmməd Əli əl-Husi, Natanyahunun açıqlamalarını sionist rejiminin, Səudiyyə rejiminin, BƏƏ-nin və ABŞ-ın daxil olduğu koalisiya ilə birgə Yəmən xalqına qarşı hücumlarda iştirak etməsini bir daha təsdiqlədiyini bildirmişdir.
 
Source : Deyerler
Comment