0
Thursday 14 November 2019 - 11:11

Qəzza müqaviməti İsrail rejiminə sarsıdıcı zərbə vurmağa davam edir

Story Code : 827294
Qəzza müqaviməti İsrail rejiminə sarsıdıcı zərbə vurmağa davam edir
Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki.  Qəzza müqaviməti İsrail rejiminin Askalan və Sderot qəsəbələrini 20 ədəd Qrad raketiylə vurması nəticəsində 2 fabrik ilə 5 evin yandığı bildirilib.
 
Qəzza müqaviməti sionist işğalçılara aid bir hərbi cipi içindəkilərlə birlikdə Qəzza sərhədində patrul çəkərkən idarə olunan raketlə vuraraq məhv edib.
 
İslami Cihad hərəkatının hərbi qanadı olan Qüds Mühafizəçilərinin az əvvəl Qəzza sərhəd bölgəsində toplaşan bir qrup sionist hərbiçini artilleriya ilə vurması nəticəsində sionistlər arasında ölən və yaralıların olduğu bildirilib.
 
Qəzza müqaviməti sərhəd bölgələrinə yaxın Kərəm Əbu Salim, Nirim, Nəhili Uz, Savfa və Şimun hərbi bazalarını ən azı 20 ədəd minaatan mərmisi ataraq vurub. Vurulan bazalarda güclü partlamalardan sonra tüstülərin yüksəldiyi qeyd olunub.
 
Sionist İsrail rejiminə məxsus PUA-ların Qəzzanın Xan Yunus bölgəsində sionist hədəflərinə raket atan Süheyl Əl-Xızırı ilə Mömin Məhəmməd Kaddum adlı İslami Cihadın iki mücahidini vuraraq şəhid edib.
 
Sionist İsrail rejimi döyüş təyyarələrinin bu gün (13 noyabr) səhərdən etibarən Qəzzanın müxtəlif qəsəbələrindəki yaşayış məskənlərini vurması nəticəsində 8 fələstinli şəhid olub. Dünən ilə birlikdə şəhid olan fələstinlilərin sayı 22-ə çatıb.
 
Qeyd edək ki, 12 noyabr səhər saatlarından başlayaraq 13 noyabr saat 17:30-dək Qəzza zolağından Fələstinin işğal  olunmuş ərazilərində işğalçı rejimin qəsəbələrinə 360-a yaxın raket buraxılıb.
Source : Maide
Tagged
fələstin
Comment