0
Saturday 16 November 2019 - 17:47

BMT: Qolan yüksəkliyi Suriya hökumətinin nəzarəti altında olmalıdır

Story Code : 827755
BMT: Qolan yüksəkliyi Suriya hökumətinin nəzarəti altında olmalıdır
BMT-də 156 ölkənin ümumi rəyinə əsasən Suriyanın İsrail tərəfindən işğal olunmuş Qolan yüksəkliyi Suriya ərazisidir. İşğalçı sionist rejim bu ərazini tərk etməlidir. BMT-nin iqtisadiyyat və maliyyə komissiyasında Qolanın Suriya ərazisi olmasının lehinə 156, əleyhinə 6 ölkə səs verib. Qətnamədə bildirilir ki, ərazinin təbii ehtiyatlarını mənimsəyən İsrail bu cinayətə son qoymalıdır. BMT baş katibindən istənilib ki, Baş Assambleyanın 76-cı iclasında qətnamənin icrası üçün addım atılsın.
 
Source : IslamTimes
Tagged
qolan