0
Wednesday 11 December 2019 - 08:54

Ayətullah Sistaninin tövsiyyəsi İsrail rejimini qəzəbləndirdi

Story Code : 832041
Ayətullah Sistaninin tövsiyyəsi İsrail rejimini qəzəbləndirdi
Maide.Az "deyerler.org" istinadən xəbər verir ki, Mossada yaxınlığı ilə bilinən Debka saytında dərc olunan bir təhlildə, Ayətullah Sistaninin İsrail rejimin davamlılığı üçün ən böyük təhlükə olaraq xarakterizə edilib.
 
Təhlildə aşağıdakı düşüncə əhatə edilib:
 
“Təl-Əvivi 21-ci əsrdə təhdid edən böyük təhlükə gizli və kölgədə qalan təhlükədir. Bu təhlükə “Böyük İsrail Dövləti” layihəsini təhdid edir. Bu gün bizim üçün əsl təhlükə İran deyil. Çünki İran artıq bizim üçün açıq düşməndir. Bizim üçün böyük və gizli təhlükə İraqdan və şiə müsəlmanları tərəfindən müqəddəs sayılan Nəcəf şəhərindən gəlir.
 
Bu gün bizim üçün təhlükə Əl-Həşduş Şəbini quran və İŞİD-ə qarşı cihad fətvası verən Ayətullah Əli Sistanidir. Sistani İsrail rejiminin strateji hədəflərinin reallaşmasının önündəki ən böyük problemdir. Ayətullah Sistani bu gün transsərhəd rol oynayır. O, İsrail rejimi üçün yumşaq bir şəkildə hərəkət edən kölgədə qalmış bir düşməndir.
 
Ayətullah Sistani bizim üçün, bir neçə gün ərzində dünyanın hər nöqtəsindəki 4 milyon müsəlmanı hərəkətə keçirə biləcək gücə sahib böyük bir təhlükədir. İraq dövlətindən daha böyük təhsil, xidmət və maliyyə qurumları qurduğunu və hətta bir çox sahədəki dövlət qurumlarına kömək etmək gücünə sahib olduğunu da qeyd etmək vacibdir”.
Source : Maide
Tagged
sistani iraq
Comment