0
Saturday 14 December 2019 - 11:40

BMT: İsrailin Qolandakı addımları qanunsuzdur

Story Code : 832662
BMT: İsrailin Qolandakı addımları qanunsuzdur
BMT Baş Assambleyası növbəti dəfə İsraildən tələb edib ki, Suriyanın işğal olunmuş Qolan ərazisi ilə bağlı qətnamələrə əməl etsin. Xüsusi ilə 1981-ci ildə qəbul olunmuş qətnamə yada salınır. Bu qətnaməyə əsasən sionist rejimin Qolanla bağlı administrativ qərarları qeyri-qanunidir. BMT Baş Assambleyası ötən gün "Suriyanın işğal olunmuş Qolan ərazisi" adlı qətnamə qəbul edib. Qətnamənin 157 ölkə lehinə səs verib, 20 ölkə bitərəf qalıb. Təkcə ABŞ və sionist rejimin rəyi müxalif olub. Qətnamədə xəbərdarlıq olunur ki, sionist rejim ərazidə demoqrafik dəyişiklik aparmasın, tikinti işlərini dayandırsın. Sionist rejimin Qolanla bağlı qərarları qeyri-qanuni sayılır.
Source : IslamTimes
Tagged
Suriya
Related Stories