0
Monday 23 December 2019 - 10:47

Sionist rejimin Suriyaya növbəti hücumu

Story Code : 834305
Sionist rejimin Suriyaya növbəti hücumu
Suriyanın rəsmi informasiya agentliyi SANA İsrailin Dəməşqə raket hücumu barədə xəbər verir. Hücum işğal olunmuş Fələstin ərazisindən həyata keçirilib. Suriyanın müdafiə sistemləri sionist rejimin raketlərini məhv edib. Bu hücum elə bir vaxtda həyata keçirilir ki, ötən gün Çin dünya birliyini Suriya hökuməti və Suriyanın ərazi bütövlüyünə ehtiram göstərməyə çağırıb. İki gün öncə Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının iclasında Suriyaya qarşı ittihamların əsassız olduğunu bildirib və qanuni Suriya hökumətinə hörmətlə yanaşmağa dəvət edib.
Source : IslamTimes
Related Stories