0
Sunday 19 January 2020 - 23:50

ABŞ-ın 16 yaralı hərbçisi Küveytə aparılıb

Story Code : 839489
ABŞ-ın 16 yaralı hərbçisi Küveytə aparılıb
İranın ABŞ-ın Eynul-Əsəd bazasına hücumundan sonra ABŞ Müdafiə Nazirliyinin və Trampın hər gün daha bir yalanı üzə çıxır. ABŞ öncə bazada ölüm və yaralanma halı olmadığını, hər şeyin qaydasında olduğunu və hətta bazanın özünə belə ciddi xəsarət dəymədiyini iddia etdi. Onlar ilk günlərdə bazaya baxış keçirmək üçün heç kəsə icazə vermədilər. Amma daha sonra bazanın görüntüləri yayıldı və bazanın amerikalılar yerləşən hissəsinin yerlə bir olmuş görüntüləri Trampın yalanlarını üzə çıxardı. Daha sonra isə "Defence one" saytı ən azı 11 ABŞ hərbçisinin İranın hücumu nəticəsində yaralandığı xəbərini yaydı.
Bu gün isə Əl-Qobs qəzeti Eynul-Əsəd bazasında yaralanan 16 ABŞ hərbçisinin Küveytin Ərifcan məntəqəsindəki hərbi hospitala yerləşdirildiyini faş edib. Qəzet bildirib ki, yaralıların durumu ağır olduğundan onlar dərhal əməliyyat olunub və hazırda müalicələri davam etdirilir.
Source : IslamTimes
Related Stories