0
Monday 20 January 2020 - 23:11

Əmirlik və Ərəbistan müharibəni idman meydançalarına çəkir

Story Code : 839683
Əmirlik və Ərəbistan müharibəni idman meydançalarına çəkir
Qərbi Asiyada, Fars Körfəzi haşiyəsi ölkələri arasında ən sabit ölkə olan İranın Asiya Çempionlar Liqasında iştirakına məhdudiyyət qoyuldu. Asiya Futbol Federasiyası İranı idman yarışları üçün təhlükəli sayaraq, İran futbol klublarının ev oyunlarını 3-cü ölkədə keçirmək qərarına gəlib. İranın tanınmış klublarından olan Perspolisin prezidenti Məhəmmədhəsən Ənsarifərd bu barədə deyib: Ərəbistan və Əmirlik Yəməndə müharibə apardığı bir zamanda bu ölkələrdə oyunların keçirilməsi qadağan olunmayıb. Belə görünür ki, Asiya Futbol Federasiyası elə bu ölkələrin təsiri altındadır. Müharibə aparan ölkələr yox, İranda oyunların qadağan olunması futbolun siyasiləşdiyini, Ərəbistan və Əmirliyin müharibəni idman meydançalarına çəkdiyini göstərir.
Qeyd edək ki, İranın Asiya Çempionlar Liqasında iştirak hüququ əldə edən 4 klubunun dördü də ev oyunlarını 3-cü ölkədə keçirməyəcəyini elan edərək, çempionatdan imtina edib.
 
Source : IslamTimes