0
Thursday 30 January 2020 - 10:17

İşğalçı İsrail təyyarələri Qəzzanı yenidən atəşə tutub

Story Code : 841547
İşğalçı İsrail təyyarələri Qəzzanı yenidən atəşə tutub
APA xəbər verir ki, bu barədə sionist rejim ordusunun mətbuat xidməti məlumat yayıb.
“Daha əvvəl Qəzzadan İsrail ərazisinə bir raket atılıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələrinin qırıcıları və pilotsuz uçan aparatları Qəzzanın cənub hissəsindəki bir sıra HƏMAS təşkilatının hədəflərinə hücum edib. Hədəflər arasında silah anbarı və yeraltı hərbi obyekt də var”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bu günədək minlərlə günahsız körpə, qadın və yaşlı sakinləri qətliam edən qaniçən İsrail ordusu Fələstin Müqavimət Hərəkatı olan HƏMAS-ı bəhanə edərək tez-tez Qəzza şəhərinə hava-hücumları təşkil edir.