Yəmənin Sədə şəhərində keçirilən etiraz aksiyalarında Amerikanın zorakı sülh müqaviləsinə, “Əsrin sövdələşməsi” adlanan sionist layihəyə etiraz aksiyaları keçirilib. Aksiyaçılar Fələstin Müqavimətinə dəstək verib. Əl-Məsirə şəbəkəsi xəbər verir ki, aksiyaçılar "Trampın sövdələşməsinə yox" və “Fələstin bizim üçün əsas məsələdir” şüarlarını səsləndirib. Aksiyaçıları bəzi ərəb ölkələrinin bu xəyanətkar layihəyə susmasını işğalçı İsrailə xidmət kimi dəyərləndirib. Aksiyada ərəb və İslam dünyasındakı təfriqələr pislənilib. Ərəbistan, Əmirlik və bir sıra ərəb rejimləri Fələstinə xəyanəti davam etdirir. Aksiyanın sonunda ərəb və İslam ölkələrinə müraciət ünvanlanıb.