Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib.
“ABŞ-ın Suriyada savaşı dayandıracaq sehirli çubuğu yoxdur. Vaşinqton İdlibə ordu göndərməyə hazırlaşmır. Bu konfliktin ABŞ-a heç bir aidiyyəti yoxdur. Amerikanın İdlibdə nəsə etməsinə heç bir səbəb görmürəm. Biz onları dayandırmaq üçün nəsə etməliyik? Biz dünya jandarmı olmalıyıq?” – deyə o bildirib.