0
Sunday 16 February 2020 - 23:55

Amerikanın Orta Şərqdəki hərbi mövcudluğu qeyri-sabitliyə səbəb olur

Story Code : 844970
Amerikanın Orta Şərqdəki hərbi mövcudluğu qeyri-sabitliyə səbəb olur
Bu gün başa çatan Münhen Təhlükəsizlik Konfransında iştirak etmiş Çin xarici işlər naziri Van Yi "Reuters" xəbər agentliyinə müsahibə verib. Çinin Orta Şərqdəki fəaliyyətləri barədə danışan XİN başçısı ABŞ-ın məntəqədəki fəaliyyətlərini kəskin şəkildə tənqid edərək, rəsmi Vaşinqtonun məntəqə ölkələrinə zərbə vurduğunu bildirib. 
Vanq Yi deyib: "Orta Şərq ölkələrinin əksəri ABŞ-ın məntəqədəki hərbi mövcudluğunun Çin və digər ölkələrin təhlükəsizliyini təmin etmək üçün, məntəqəyə sabitlik bəxş etmək üçün olduğuna inanmır. Əksinə məntəqə ölkələri ABŞ-ın məntəqədəki hərbi mövcudluğu ilə qeyri-sabitliyə səbəb olduğunu, Orta Şərq ölkələrinin təhlükəsizliyini təhdid etdiyini düşünür.
Düşünün, son illərdə ABŞ məntəqədə neçə müharibə başladıb? Nə qədər ölkələr viran edilərək, ağlasığmaz məbləğdə ziyan görüb? Bütün bunları görərək necə deyə bilərik ki, ABŞ məntəqədə sabitlik yaratmaq ardıncadır?! ABŞ-ın fəaliyyətləri Orta Şərq ölkələrində sonu olmayan iğtişaşlara, yoxsulluğa səbəb olub. Onlar məntəqə xalqlarının deyil öz mənafelərini təmin edən qərarlar qəbul edir. Məntəqə dövlətləri qarşılıqlı həmkarlıqla sabitliyi bərqərar edə bilər."
Qeyd edək ki, Vanq Yi bu konfransda iştirak edən ABŞ-ın Dövlət katibi Mayk Pompeo və müdafiə naziri Mark Esperin Çinin süni ağıl texnologiyasını hədəfə alan ittihamlarının əssassız olduğunu və onların iftira atdığını söyləyib.
Source : IslamTimes
Related Stories