0
Monday 17 February 2020 - 07:20

"Diamond Princess" gəmisindəki 44 ABŞ vətəndaşında koronavirus aşkarlanıb

Story Code : 844980
"Diamond Princess" gəmisindəki 44 ABŞ vətəndaşında koronavirus aşkarlanıb
APA xəbər verir ki, bu barədə “The Washington Post” amerikalı virusoloq, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçiyə istinadən məlumat yayıb.
Fauçi xəstəliyin yayılmasına qarşı mübarizə aparmaq üçün ABŞ prezidenti tərəfindən yaradılan xüsusi qrupun üzvüdür.
Onun sözlərinə görə, gəmidə təxminən 400 amerikalı olub. Birləşmiş Ştatlar öz vətəndaşlarının gəmidən təxliyəsinə başlayıb.