0
Saturday 22 February 2020 - 03:48

İran xalqı seçkilərdə aktiv şəkildə iştirak edərək yenə düşmənlərini məyus etdi

Story Code : 846017
İran xalqı seçkilərdə aktiv şəkildə iştirak edərək yenə düşmənlərini məyus etdi
İran İslam Respublikasında parlament seçkiləri cümə günü 21 fevral (2 isfənd) yerli vaxtla saat 8:00-da başlayıb. Seçicilər 11-ci parlament seçkilərində səsvermənin ilk saatlarından məntəqələrə üz tutublar. Ali dini lider Ayətullah Seyid Əli Xamenei də ilkin səs verənlərdən olub.
Səsvermə saat 18:00-da bitməli olsa da bir çox məntəqədə seçicilərin sayının çoxluğu ilə əlaqədar daha 6 saat uzadılıb. Seçki məntəqələrində səs vermək üçün günün son saatlarınadək uzun növbələr olub.
Xatırladaq ki, İranda keçirilәn 11-ci parlament seçkilərində 290 yer uğrunda 7,1 mindən çox namizəd mübarizə aparır. Budəfəki parlament seçkilərində seçki hüququ olan 57 milyon 918 min seçici səs verməli idi. Seçkilәr 208 dairə və 54 mindən çox məntqədə həyata keçirilib.
Source : IslamTimes