0
Monday 2 March 2020 - 02:02

Növbəti sərəncam gecikəcək: Novruzda ƏFV OLMAYACAQ

Story Code : 847787
Növbəti sərəncam gecikəcək: Novruzda ƏFV OLMAYACAQ
Bu ilin yanvarında Əfv Məsələləri Komissiyasının üzvləri Novruz bayramı ərəfəsində əfv sərəncamının veriləcəyinin gözlənildiyini bildirsələr də, 2020-ci il daxil olandan iclas keçirilməyib. Komissiya üzvlərinin deyildiyi kimi nöbdənəkənar parlament seçkilərindən dərhal sonra toplaşmaması isə əfvə olan ümidləri bir az azaldıb.

Komissiyadan Modern.az-a daxil olan məlumata görə, fevralın 9-da ölkədə keçirilən növbədənkənar parlament seçkiləri sərəncamın yubanmasına səbəb olub.

Həmçinin buna qədər həm də Əfv Məsələləri Komissiyasının sədrilə bağlı Prezident tərəfindən sərəncamın veriləcəyi, üzvlərin yeni siyahısının təsdiqlənəcəyi qeyd edilib.

Bir qayda olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Əfv Məsələri Komissiyasının sədri təyin olunur. Xatırladaq ki, Prezident İlham Əliyevin 1 noyabr 2019-cu il sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyanın rəhbəri təyin edilib.

Bütün bunlardan sonra isə əfv sərəncamının may ayınadək ertələnəcəyi bildirilib.
Related Stories