0
Saturday 21 March 2020 - 00:56

FSB Rusiyanın üç bölgəsində İŞİD dəstələrini zərərsizləşdirdi

Story Code : 851656
FSB Rusiyanın üç bölgəsində İŞİD dəstələrini zərərsizləşdirdi
Deyerler.org Southfront-a istinadən xəbər verir ki, bu hücrələrin əsas məqsədi terrorçuları maliyyələşdirmək üçün vəsait toplamaq idi.

FSB Federal Maliyyə Monitorinqi Xidməti ilə birlikdə Krım Respublikası, Komi və Rostov bölgəsindəki terror təşkilatı İŞİD-in sui-qəsd dəstəsini zərərsizləşdirib.

Xəbərdə xeyriyyəçilik adı altında terrorçuların və onların silahdaşlarının hesablarına təxminən iki milyon rubl köçürüldüyü bildirilib.

Şübhəli şəxslərin mənzillərində aparılan axtarışlar vaxtı rabitə avadanlıqları, ödəniş vasitələri, həmçinin qanunsuz fəaliyyətlərini təsdiqləyən sənədlər ələ keçirilib.

Martın 11-də FSB, Hizbut-Təhrir terror təşkilatının dörd üzvünün Krımda həbs olunduğunu bildirmişdi.
Tagged
rusiya
Related Stories