0
Friday 3 April 2020 - 01:37

ABŞ və Avropa diplomatları İraqı tərk edirlər

Story Code : 854337
ABŞ və Avropa diplomatları İraqı tərk edirlər
Son günlərdə İraqda şübhəli fəaliyyətləri olan ABŞ özünün və Avropa ölkələrinin bir sıra diplomatlarını İraqdan çıxarıb.

Le Figaro qəzetinin tanınmış jurnalisti George Malbrunotin Twitter səhifəsində verdiyi məlumata görə, ABŞ ötən gün özünün və Avropa səfirliklərində fəaliyyət göstərən bir sıra doplomatlarını, o cümlədən BMT-nin təxminən 30 üzvünü Qətər Hava Yolları təyyarəsi ilə İraqdan çıxarıb.

Bəzi analitiklər ABŞ-ın diplomatlarını İraqdan çıxarmasının bu ölkənin yeni oyun başlatmaq niyyətində olmasını göstərdiyini bildirir. Trampın İraqda müqavimət qüvvələrini hədəfə almağı planlaşdırdığı iddia edilir. Yeni gərginlik ABŞ-da koronavirusun səbəb olduğu qorxunc durumla bağlı xəbərləri gündəmdən çıxara bilər. 

Bu mövzu ilə bağlı İran İslam Respublikası da ABŞ-a xəbərdarlıq edib. İranın baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri ABŞ qüvvələrinin İraqdakı fəallığını hər an izlədiklərini və Vaşinqtonun İranın təhlükəsizliyinə yönəlmiş addımına ağır cavab veriləcəyini bildirib.
Source : IslamTimes
Related Stories