0
Tuesday 7 April 2020 - 12:20

ABŞ Dövlət Departamentinin 3 əməkdaşı koronavirusun qurbanı olub

Story Code : 855189
ABŞ Dövlət Departamentinin 3 əməkdaşı koronavirusun qurbanı olub
APA xəbər verir ki, bunu ABŞ-ın xarici siyasət idarəsinin tibb bölməsinin nümayəndəsi Uilyam Uolters brifinq zamanı deyib.

“Hazırkı yoluxma hallarına gəlincə, ölkə daxilində 41 hal qeydə alınıb, ölüm olmayıb. Ölkə xaricində 190 yoluxma olub, daha bir ölüm qeydə alınıb və hazırda xaricdə ümumilikdə üç əməkdaşımız ölüb, hamısı da yerli işçilərdir”, - deyə Uolters ölənlərin ailələrinə başsağlığı verərkən bildirib.

Dövlət Departamentinin ölkədən kənarda 220 nöqtədə diplomatik nümayəndəliyi var.