0
Sunday 19 April 2020 - 11:26

Şəxsiyyət pozğunluğuna düçar olan Trampdan İranla bağlı gülünc açıqlama

Story Code : 857614
Şəxsiyyət pozğunluğuna düçar olan Trampdan İranla bağlı gülünc açıqlama
Son zamanlar Nyu-York və Vaşinqton kimi ştatların qubernatorları ilə əsil müharibəyə başlayan ABŞ prezidenti ölkə daxilindəki təzyiqləri azaltmaq üçün fikirləri ölkə xaricindəki məsələlərə yönəltmək qərarına gəlib. Tramp məsuliyyətsizlikdə, koronavirus ABŞ-da ayaq açmamış bu xəstəliyi ciddiyə almamaqda ittiham olunur. O isə bu kifayətsizliyini Çin, İran, Ümumdünya Səhiyyə Təşkilatı barədə açıqlamaları ilə gündəmdən salmaq istəyir.

ABŞ KİV-nin məlumatına əsasən Tramp son bəyanatında deyib ki, vaxtı ilə məntəqəyə nəzarətlə bağlı planları olan iranlılar hazırda sağ qalmaq üçün təlaş göstərirlər. O İrana süni tənəffüs aparatları göndərmək istədiyini bildirib.

Görünür Tramp İslam Respublikasının Çindən sonra koronavirusu ram edən ikinci ölkə olduğunu həzm edə bilməyib. İranın virusla mübarizədə qələbə əldə etdiyini görən Tramp indi özünə müsbət imic qazandırmaq üçün "humanitar" addım atmaq qərarına gəlib. Maraqlıdır koronavirusun İranda sürətlə çoxaldığı zaman "virus İrana güzəştə getməyimizə səbəb olmayacaq" deyən Trampın xeyirxahlıq fikrinə düşməsinə nə səbəb olub. 

İran ən çətin dönəmdə belə ABŞ-dan yardım qəbul etməyəcəyini açıq şəkildə bildirib.

İranda gün ərzində ən çox yoluxma 30 mart tarixində qeydə alınıb. Həmin gün ölkə ərazisində 3186 nəfər virusa yoluxmuş. Amma 31 martdan etibaran bu rəqəm hər gün azalır. Ötən gün 18 apreldə İranda cəmi 1374 nəfər Covid-19 virusuna yoluxub. 24 saat ərzində virusdan sağalanların sayı isə yoluxanlardan təqribən iki dəfə çox olur. Bu səbəbdən də İranda virusa yoluxmuş 80868 nəfərdən 55987 nəfəri müalicə edilərək evə buraxılıb və hazırda İranda cəmi 19850 aktiv virus daşıyıcısı var. Amma nümunə üçün qeyd edək ki, təkcə 18 apreldə Amerikada 29057 nəfər virusa yoluxub. ABŞ-ın bu qədər acınacaqlı durumda olduğu zaman, Trampın "iranlılar sağ qalmaq üçün çabalayır" deməsi onun normal vəziyyətdə olmadığına bir sübutdur.
 
Qeyd edək ki, MSNBC kanalına müsahibə verən ABŞ-ın Harvard Universitetinin psixiatriya üzrə professoru Lans Dudes də ABŞ prezidentinin sağlam olmadığını və onda antisosional şəxsiyyət pozğunluğu (bu xəstələr hərəkətlərində düzgün və ya yanlış düşünmür, davranışının başqalarına nəticələri barədə götür-qoy etmir) olduğunu söyləyib.  
Source : IslamTimes
Related Stories