0
Saturday 25 April 2020 - 01:26

Ərdoğandan ermənilərə başsağlığı: Hörmətlə anırıq!

Story Code : 858796
Ərdoğandan ermənilərə başsağlığı: Hörmətlə anırıq!
Axar.az xəbər verir ki, türk lider Birinci Dünya müharibəsində ölən Osmanlı ermənilərinin xatirəsini hörmətlə andığını bildirib.

“Bütün dünya ilə birgə yaşadığımız bu çətin günlərdə vətəndaşlarımız arasında həmrəylik getdikcə güclənir. Dünya xalqlarına böyük fəlakətlər gətirmiş Birinci Dünya savaşında ölən Osmanlı ermənilərinin xatirəsini hörmət anır, nəvələrinə başsağlığı verirəm. Bu dönəmdə həyatını itirən bütün Osmanlı vətəndaşlarına Allahdan rəhmət diləyirəm.

Nə cür olursa-olsun, tək vətəndaşımızın belə özgələşdirilməsinə, inancından, kimliyindən dolayı fərqli münasibət göstərilməsinə əsla icazə vermədik, verməyəcəyik. Keçmişdən yalnız dostluq və insanlıq idealı üçün güc alaraq gələcəyi qurmağımız hamımızın ortaq məqsədidir. Anadolu bağrından doğmuş birliyimizi görməzdən gəlib, tarixdən münaqişə yaratmağa çalışan dairələr hamıya məlumdur. Niyyəti başqa olan dairələrə fürsət verməmək ən böyük arzumuzdur. Bu düşüncələrlə Birinci Dünya müharibəsində itirdiyimiz Osmanlı ermənilərini bir daha hörmətlə anır, hamınıza sağlıq və xoşbəxtlik arzu edirəm”, - deyə məktubda bildirilib.