0
Friday 8 May 2020 - 01:15

Suriyada seçkilər təxirə salındı

Story Code : 861365
Suriyada seçkilər təxirə salındı
Suriyanın rəsmi SANA xəbər agentliyinin verdiyi məlumata əsasən, Suriya prezidenti Bəşar Əsəd bu gün koronavirusa qarşı mübarizə ilə əlaqədar parlament seçkilərini iki ay təxirə salıb.

Prezidentin fərmanına əsasən, Suriyada mayın 20-də keçirilməsi nəzərdə tutulan parlament seçkiləri iyulun 19-na təxirə salınıb.

Bundan öncə də prezident Bəşər Əsədin göstərişi ilə seçkilər koronavirus səbəbindən bir ay təxirə salınmışdı.

Suriya parlamentinin 250 nümayəndəsi var, onlardan 127-si fəhlə və kəndli təbəqələrindən, qalanları isə əhalinin digər təbəqələrindəndir.

Suriya konstitusiyasına əsasən, parlament üzvləri dörd il müddətinə seçilir.
Source : IslamTimes