0
Saturday 9 May 2020 - 18:17

İraqın sünni müftisi yeni baş naziri ABŞ işğalçılarını qovmağa çağırdı

Story Code : 861673
İraqın sünni müftisi yeni baş naziri ABŞ işğalçılarını qovmağa çağırdı
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Mehdi Əl-Samidai cümə günü İraqın yeni baş nazirinə müraciətində bunları deyib: “Xarici hərbi qüvvələrin, xüsusən ABŞ qoşunlarının İraqdan çıxarılması mövzusunda çalışqan və cəsur bir şəkildə çalışın, çünki bu qüvvələr, İraqın güclü və etibarlı qüvvələrini məhv edir”.
 
O, Əl-Kazıminin dini üsyan başladan, İŞİD ünsürlərini dəstəkləyən və “İŞİD siyasətçisi” olanların hamısını məsuliyyətə cəlb etməli olduğunu bildirib.
 
“Bir ay ərzində bütün iraqlıların sizə dəstək verəcəyinə zəmanət veririk, ancaq bir ovuc İŞİD siyasətçisinə görə, böyük bir milləti və İraq mərdliyi və qəhrəmanlığı ilə dolu olan tariximizi ucuz satmayın”, - deyə o, bildirib.
 
Əl-Samidai İraqın baş nazirini İraq xalqının və etirazçıların tələblərinə diqqət yetirməyə və onları həyata keçirməyə dəvət edib.
 
Bəyanatının sonunda, İraq xalqını hökumətlə birlikdə səfərbər olmağa və mübarizəyə dəvət edən İraqın əhli-sünnə müftisi, bu insanların hörmət olunmalarını istəyib.
 
Source : Deyerler
Tagged
iraq
Comment