Tehranın sevilən sabiq meri İranın yeni parlament sədir oldu
Story Code : 865235
Bu toplantıda Tehranın sabiq meri Məhəmməd Baqir Qalibaf millət vəkillərinin əksəriyyətinin etimadını qazanaraq, 230 səslə 11-ci çağırış üzrə parlamentin sədri seçilib.
Seyid Mustafa Ağa Mirsəlim və Fereydun Abbasi Dəvani, müvafiq olaraq 12 və 17 səs qazanıblar.
Bundan öncəki 3 dönəmdə Əli Laricani parlamentə rəhbərlik edib. Əli Laricani fevral ayında keçirilən seçkilərə namizədliyini verməkdən imtina etmişdi.
Məhəmməd Baqir Qalibaf 1961-ci ildə anadan olub. O, Tehran meri olduğu zaman paytaxtın abadlaşdırılmasında təqdirə layiq fəaliyyətləri ilə İran xalqının sevgisini qazanmağa nail olub.