0
Friday 22 July 2011 - 08:21

“Şahidlər üzümə baxıb danışsın!”

Story Code : 86560
“Şahidlər üzümə baxıb danışsın!”
“Şahidlər üzümə baxıb danışsın!”
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Hacı Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Seyyid Fəramiz Abbasovun və ruhani Hacı Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclas zamanı yeni vəsatətlər dinlənilib. Bu haqda İslamazeri.az internet qəzetinin əməkdaşı məlumat verir.Məlumatda bildirilir ki, sonra müttəhimlərin vəsatətlərini demək üçün onlara söz verilib. AİP lideri Hacı Mövsüm Səmədov iki vəsatətlə çıxış edib. O bildirib ki, AİP-in mənzil qərargahı hələ də polis nəzarətində saxlanılır. AİP-in mənzil qərargahının polis nəzarətindən götürülməsi AİP liderinin birinci vəsatəti, video çəkiliş üçün icazə verilməsi isə ikinci vəsatəti olub.Seyyid Fəramiz isə şahid və ittiham edənlərin məhkəmədə onun üzünə baxaraq danışmasını istəyib. Porkurora "güllələnmə olsun. Bunun icra edilməsində sən iştirak et. Gör Seyyidlər necə ölürlər". AİP-in Astara rayon təşkilatının rəhbəri Rufula Axundzadə isə şahidlər və ittihamçılar üçün son məhkəmədə Quranın üç ayəsinin oxunmasını istəyib. Rufulla Axundzadə ittiham tərəfi və şahidlər ilə ittiham olunanlar arasında mübahilə edilməsini tələb edib. "Biz uşaqlarımızla ittiham tərəfi ilə birlikdə yığışıb yalançıya lənət olunmasını Allahdan istəyərik" deyən Rufulla Axundzadə onlara qarşı şər atıldığını bir daha söyləyib.Müşavirədən qayıdan hakimlər demək olar ki, vəkillərin və məhbusların heç bir vəsatət və istəklərini təmin etməyib. Məhkəmə Azərbaycan İslam Partiyasının Bakının Nərimanov rayonu ərazisində yerləşən mənzil qərargahına polis nəzarətinin götürülməsi və sübutlar siyahısının məhkəmədə ayrıca açıqlanması ilə bağlı vəsatətlər baxılmamış saxlayıb. Növbəti proses avqustun 4-nə saat 10:00-a təyin olunub.
Source : islam-azeri
Comment