0
Monday 1 June 2020 - 00:31

Twitterdən ABŞ polisinin vəhşiliyinə etiraz!

Story Code : 865861
Twitterdən ABŞ polisinin vəhşiliyinə etiraz!
Son günlərdə ABŞ prezidenti ilə arasında ciddi gərginliklər yaşanan Twitter rəhbərliyi bu sosial şəbəkənin avatarı olan mavi rəngli quşu qara rəngə boyayaraq, #blacklivesmatter heşteqindən istifadə edib. 

Tramp Twitter şəbəkəsinin onun yazdığı mesajın altına xəbərdaredici nişan və istinad yerləşdirməsinə görə narahat olmuşdu. ABŞ prezidenti Twitterin bu addımına cavab olaraq sosial şəbəkələri nizama salmaqla və ya ümumiyyətlə bağlamaqla hədələyib. Tramp deyib ki, əgər qanun icazə versəydi elə indicə Twitteri bağlayardı.

Donald Trampın tənqidə qarşı dözümsüz olduğu artıq hər kəsə məlumdur. ABŞ prezidenti hətta mətbuat konfranslarında onun səhv qərarları ilə bağlı ünvanlanan suallara cavab vermək istəmir və bu sualların təkrarlanacağı şəklində mətbuat konfransını tərk edəcəyi ilə hədələyir.
Source : IslamTimes