0
Saturday 25 July 2009 - 10:46

OBAMA POLİSLƏRİ RASİZMDƏ SUÇLADI

Prezidentin açıqlamaları qalmaqal yaradıb
Story Code : 8661
OBAMA POLİSLƏRİ RASİZMDƏ SUÇLADI
Xəbərlərə görə, Harvard universitetinin professoru Henri Luis öz evində soyğunçuluq etmək ittihamıyla həbs edilib. Polisə zəng edən qadın bildirib ki, qonşu evə iki qaradərili kişi soxulmaq istəyir. “Assoşeyted press” agentliyinin məlumatına görə, hadisə yerinə gələn polislər həqiqətən mənzilə iki qaradərilinin qapını sındıraraq daxil olmağa çalışdığını görüb. Onları saxlayarkən məlum olub ki, şübhəlilərdən biri elə ev sahibinin özü, professor Henri Luisdir. Luis hərəkətini qapının qıfılının xarab olması ilə izah edib.
Buna baxmayaraq, polis onu mənzilə qanunsuz daxil olmaq cəhdinə görə saxlayıb. Bu həbs Amerikada qalmaqala səbəb olub. Bir çoxları bildirib ki, Amerika polisi qaradərililərin hamısını potensial cinayətkar kimi gördüyü üçün öz evinə girmək istəyən professoru həbs edib. Lakin Luisi saxlayan polis zabiti bildirib ki, o, hadisə yerinə gələn polisləri söyüb və onlara “rasist” deyib.
Bundan əlavə, Luis həmin evdə yaşadığını təsdiq edən sənədləri də təqdim etməyib. Qalmaqal böyüyüb və məsələ qaradərili prezident Obamanın Ağ Evdə keçiridyi mətbuat konfransında ona münasibət bildirməsinə səbəb olub. Prezident qaradərili professoru müdafiə edərək deyib ki, polis kifayət qədər kobud və axmaqcasına hərəkət edərək adamı öz evində həbs edib.
Obama əlavə edib ki, Amerika polisi qaradərili vətəndaşlara ağdərililərə nisbətən daha çox ilişir. O, bunu rasizm problemi ilə izah edib. Obamanın bu münasibəti polislər arasında narazılğa səbəb olub. 15 mindən çox polisi özündə birləşdirən zabitlər birliyinin rəhbəri Devid Holuey deyib ki, prezident bu açıqlaması ilə qanun keşikçilərini özünə qarşı qoymuş olur.
Source : Yeni Musavat
Related Stories
Comment