0
Wednesday 3 June 2020 - 09:23

Biləsuvarda qətl, Cəlilabadda bədbəxt hadisə!

Story Code : 866343
Biləsuvarda qətl, Cəlilabadda bədbəxt hadisə!
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Biləsuvar şəhərindəki kafelərdən birində 1984-cü il təvəllüdlü Rəşad Rzayev qətlə yetirilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Cəlilabadda isə 16 yaşlı məktəbli çayda boğulub.

APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

Göytəpə şəhəri, M. Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi,  2004-cü il təvəllüdlü  İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

Nəticədə İ. Şəbiyev boğularaq ölüb. 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.