Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Mən sizi NATO-nun beyin ölümü haqqında bəyanatıma qaytarıram. Hesab edirəm ki, bir müddət əvvəlki insident bunu parlaq şəkildə nümayiş etdirir”, - o bildirib.
Qeyd edək ki, iyunun 17-də Aralıq dənizində Türkiyə və Fransa gəmiləri arasında insident yaşanıb. Emmanuel Makron insidentlə bağlı açıqlamasında Türkiyənin Liviyada təhlükəli oyun oynadığını bildirmişdi.