Tramp əsəbiləşdi: Ruslara pul ödəyən Almaniyanı qoruyacağıq?
Story Code : 870811
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp polşalı həmkarı Andrzej Duda ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“NATO-ya ödəniş etməyən Almaniya Rusiyaya təbii qaz üçün milyard dollarla pul ödəyir. Almaniyanı Rusiyadan qorumağa ehtiyac var?
Bu çərçivədə Almaniyadakı hərbçilərimizin sayını 25 minə endirəcəyik. Həmin əsgərlərin bir hissəsi ABŞ-a, bəziləri isə digər Avropa ölkələrinə, o cümlədən Polşaya köçürüləcək”, - D.Tramp bildirib.