0
Thursday 25 June 2020 - 16:52

Rusiya həmcinsbazlığın təbliği ilə bağlı ABŞ-a xəbərdarlıq etdi

Story Code : 870857
Rusiya həmcinsbazlığın təbliği ilə bağlı ABŞ-a xəbərdarlıq etdi
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Birincisi, biz Kremldən ABŞ səfirliyinin binasını görmürük. Amma çox güman ki, Daxili İşlər Nazirliyi görür. Düşünürəm ki, Daxili İşlər Nazirliyi buna diqqət edib. İstənilən halda həddi-buluğa çatmayanlar arasında qeyri-ənənəvi seksual münasibətlərin hər hansı formada təbliği bizim ölkədə qanunla yolverilməzdir”, - D.Peskov bildirib.

Qeyd edək ki, cümə axşamı günü ABŞ səfirliyinin binasından LQBT icmasının bayrağı asılıb, daha sonra bayraq götürülüb. 
Related Stories