Bağdadın şimalında geniş təhlükəsizlik əməliyyatı başladı
Story Code : 872130
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Bağdad Əməliyyatlar Komandanlığı bu gün (2 iyul) vilayətin şimalında İŞİD qalıqlarını təqib etmək və paytaxtda təhlükəsizlik və sabitliyi gücləndirmək üçün genişmiqyaslı hərbi təhlükəsizlik əməliyyatının başladığını elan edib.
İraq Təhlükəsizlik Qüvvələrindən verilən açıqlamada, əməliyyatın bu gün səhər baş qərargah rəhbərliyi və Silahlı Qüvvələrin baş komandanı Mustafa Əl-Kazıminin tapşırığı ilə başladığı bildirilib.